Mustafayev 24-cü və 29-cu dəqiqələrdə komandasının ilk iki qolunun müəllifi olub. Gənc oyunçu yerli mətbuata açıqlamasında emosiyalarını sözlə ifadə edə bilmədiyini söyləyib

Ukraynanın "Aleksandriya" klubunda çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev əsas komandanın heyətində ilk qollarını vurub. Matc.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Metallist 1925" komandasını 5:2 hesabı ilə məğlub etdiklləri Ukrayna Kubokunun 1/8 final oyununda dubl edib.
 
Mustafayev 24-cü və 29-cu dəqiqələrdə komandasının ilk iki qolunun müəllifi olub. Gənc oyunçu yerli mətbuata açıqlamasında emosiyalarını sözlə ifadə edə bilmədiyini söyləyib: "Hazırda hisslərimi təsvir etmək çətindir. Bunlar əsas komandada ilk qollarımdır. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".
 
2018-ci ildən "Aleksandriya"nın şərəfini qoruyan Emil Mustafayev əsas komandada 3 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest