Ola bilsin, bu gün futbolçularda bir az daha çox yüklənmə oldu, bunu da nəzərə alacağıq.

"Hava şəraitinə görə tam istədiyim oyun olmadı, daha sürətli qarşılaşmanın keçməsini istəyirdim". Matç.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına deyib.

47 yaşlı mütəxəssis Antalyada Polşa "Pyast"ına qarşı keçirilən yoxlama oyunu barədə fikirlərini açıqlayıb: "Amma istənilən halda bu hava şəraitiylə razılaşmalıyıq. Buna baxmayaraq, 90 dəqiqə planlaşdırdığımız oyunu oynaya bildik. Ola bilsin, bu gün futbolçularda bir az daha çox yüklənmə oldu, bunu da nəzərə alacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest