Futbol üzrə Portuqaliya yığmasının və İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştiano Ronaldo 5-ci dəfə ata olacaq. Matc.az xəbər verir ki, portuqaliya futbolçunun sevgilisi Corcina Rodriges hamilədir.
 
Bu barədə 36 yaşlı hücumçu sosial şəbəkə hesabında paylaşım edib. O, Corcina ilə birgə fotosunu paylaşaraq bu sözləri qeyd edib:
 
"Əkiz uşaq gözləyirik. Bunu bəyan etməkdən çox böyük sevinc hissi duyuruq. Qəlblərimiz sevgi doludur. Səbirsizliklə yolunuzu gözləyirik".
 
Yeni doğulacaq əkizlərin cinsiyyəti hələlik bəlli deyil.
 
Xatırladaq ki, Ronaldonun Kristiano və Mateo adında iki oğlu, həmçinin Eva və Alana adlı iki qızı var.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest