Türkiyənin peşəkar futbol liqalarında azarkeşlərlə bağlı məhdudiyyət aradan qaldırılır. Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
 
Açıqlamada bildirilir ki, noyabrın 9-dan bütün oyunlara stadionun ümumi tutumunun 100 faizi qədər tamaşaçı buraxılacaq.
 
TFF qarşılaşmalar zamanı tribunaların tam dolmasına icazə verib. Lakin qurum peyvənd olunmamamış azarkeşlərin stadionlara buraxılmayacağını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest