Futbol üzrə Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Anatoli Nuriyevin komandası – "Kolos" da ölkə kubokunda növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Xarkov "Metallist"i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə (0:1) ayrılıb və mübarizəni dayandırıb.
 
Nuriyev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest