2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarını azad etdi. Matc.az xəbər verir ki, şanlı qələbədən sonra 8 Noyabr ölkədə "Zəfər Günü" olaraq təsis edilib.
 
Peşəkar Futbol Liqası qələbənin ildönümü münasibətilə Premyer Liqanın 10-cu turunun "Zəfər turu" elan edilməsi barədə qərar qəbul edib.
 
Premyer Liqada 10-cu tura sabah, "Zirə" – "Keşlə" matçıyla start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest