UEFA Almaniyanın "Union Berlin" klubunu cəzalandırıb. Matc.az xəbər verir ki, buna Avropa Konfrans Liqası çərçivəsində İsrailin "Makkabi" (Hayfa) komandası ilə ev oyununda baş verənlər səbəb olub.
 
Berlin təmsilçisinin fanatları rəqib azarkeşlərə qarşı irqçi ifadələr işlədib. Bundan əlavə, hüquq-mühafizə orqanları İsrail bayrağının yandırılmasının qarşısını alıblar.
 
Avropa futbol qurumunun qərarına əsasən, Almaniya klubunun növbəti ev oyununda tribunalar qismən qapadılacaq. Stadionun 13 və 14-cü sektorları bağlanacaq və burada UEFAnın loqosu olan "No Racism" pankartı yerləşdirəcək.
 
Sözügedən oyun "Union Berlin"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest