Futbol üzrə İspaniya La Liqasında 41 ildən sonra antirekord təkrarlanıb. Matc.az xəbər verir ki, cari mövsüm 11 turun yekununda "Levante" və "Xetafe" komandaları hələ də qələbə qazana bilməyib.
 
Sonuncu dəfə belə bir göstərici 1980/81 mövsümündə qeydə alınıb. Həmin vaxt "Salamanka" və "Almeriya" eyni aqibəti yaşayıb.
 
Bu mövsüm "Levante" 6 xalla 19-cu, Xetafe 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 24 xalla "Real Sosyedad" başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest