Bu gün Premyer Liqa və Birinci Divizionda çıxış edən klubların nümayəndələri üçün Lisenziyalaşdırma qrupunun 2022/23-cü il Lisenziyalaşdırma mövsümünün videokonfrans formatında açılış iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib:
 
- ötən mövsümün qısa icmalı;
- Lisenziyalaşdırma qrupunun strukturunda baş vermiş dəyişikliklər;
- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat və təlimatlar;
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqqında məlumatı.
 
İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest