Futbol üzrə Kipr çempionatında 8-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Omoniya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Anortosis"lə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
"Omoniya" 8 turdan sonra 7 xalla 12 kollektiv arasında 10-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.
 
"Qarabağ" "Omoniya"ya qarşı səfərdə keçirdiyi ilk oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Bu komandaların ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest