Murad Xaçayev səfərdə "Sabah"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 8-ci tur matçında "aqressiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 5 oyun cəza, klubuna 4000 manat cərimə kəsilib.

"Sumqayıt" klubu AFFA İntizam Komitəsinin futbolçu Murad Xaçayevə tətbiq etdiyi 5 oyunluq cəza ilə bağlı apellyasiya verəcək. Matc.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Rəşad Məmmədov bildirib.
 
O, qərarın həddindən artıq ağır olduğunu söyləyib: "Xaçayev Azərbaycan millisinin də futbolçusudur. ümid edirik ki, apellyasiya şikayətindən sonra qərarda yumşalma olacaq". (Report)
 
Murad Xaçayev səfərdə "Sabah"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 8-ci tur matçında "aqressiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 5 oyun cəza, klubuna 4000 manat cərimə kəsilib. Oyunsonrası mətbuat konfransında isə "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlədib. Bu səbəbdən, klub 1600 manat ziyana düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest