"Barselona"nın prezidenti Xuan Laporta komandanın "sükan"ının Xaviyə tapşırılacağı iddialarına münasibət bildirib. Matc.az xəbər verir ki, İspaniya mətbuatına danışan klub prezidenti, Xavinin bir gün "Barselona"nı çalışdıracağını deyib:
 
"Xavi? Namizədlərimin adlarını açıqlamayacam. Bu, peşəkar davranış olmaz. Xavi özünü inkişaf etdirir. Onunla bağlı fikirlərim müsbətdir. Tez-tez danışırıq. Komandayla bağlı onun fikirlərini də öyrənirəm.
 
Hər zaman demişəm, Xavi bir gün "Barselona"nın baş məşqçisi olacaq. O, futbolu çox sevir və bu kluba aiddir. Xavinin hədəfi "Barselona"ya qayıtmaqdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest