İspaniyanın "Barselona" klubu daha bir itkiylə üzləşib. Matc.az xəbər verir ki, "Barsa"nın yarımmüdafiəçisi Serxi Roberto sağ bud nahiyəsindən zədə alıb. Bu barədə klubun rəsmi "tvitter" hesabı məlumat yayıb.
 
29 yaşlı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.
 
"Barselona"da bir müddət əvvəl Ansu Fati və Frenki De Yonq zədələnmişdi.
 
"Barsa" bu gün La Liqanın 12-ci turu çərçivəsində öz meydanında "Alaves"lə qarşılaşacaq. Oyun saat 23.00-da başlayacaq.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest