Futbol üzrə Qazaxıstan çempionatında mövsümün sonuncu 26-cı turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Kayrat" da çempionat çərçivəsində sonuncu matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Jetısu" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
"Kayrat" bu nəticədən sonra mövsümü 51 xalla 14 kollektiv arasında 3-cü pillədə başa vurub.
 
"Qarabağ"la "Kayrat" arasındakı ilk oyun oktyabrın 21-də Bakıda keçirilib və Ağdam klubunun 2:1 hesablı qələbəsiylə bitib. Növbəti oyun noyabrın 4-də Qazaxıstanda keçiriləcək.
 
Sonda onu da bildirək ki, Qazaxıstan çempionatının qalibi adını "Tobol" klubu qazanıb. Sonuncu turda səfərdə "Akjayık"ı 2:0 hesabıyla üstələyən bu komanda 61 xalla birinci olub. Beləliklə, "Tobol" tarixində ikinci dəfə Qazaxıstan çempionu adını qazanıb. Sonuncu turda "Turan"la 1:1 hesablı heç-heçə edən "Astana" isə 57 xalla ikinci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest