"Real" futbol üzrə İspaniya La Liqasının 12-ci turunda "Elçe" ilə qarşılaşıb. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kərim Benzema sözügedən səfər matçında iştirak etməyib.
 
Fransalı futbolçu əzələ ağrıları səbəbindən "Elçe" ilə oyunu buraxıb. Təcrübəli forvardın sıraya nə vaxt dönəcəyi bilinmir.
 
Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan "Elçe" – "Real" matçında qonaqlar 1:0 hesabıyla öndədirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest