"Barselona"nın futbolçusu Serxio Aqueronun səhhətində problem yaranıb. Matc.az xəbər verir ki, 33 yaşlı hücumçu La Liqanın 12-ci turunun "Alaves"lə matçının ilk hissəsində sinəsində narahatlıq hiss edib. Aquero bundan sonra 41-ci dəqiqədə Filippe Koutinyo ilə əvəzlənib.
 
"Barselona" klubu hadisə ilə bağlı açıqlama yayıb və Aqueronun matçdan sona kardioloji müayinədən keçdiyi bildirilib. Argentinalı futbolçunun son durumu haqda başqa məlumat verilməyib.
 
"Barselona" – "Alaves" matçı 1:1 hesabıyla bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest