"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Premyer Liqada "Tottenhem"i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, "Sky Sports"a danışan portuqaliyalı hücumçu, 3:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları söyləyib:
 
"Ağır bir həftə keçirdik. Komandamız təzyiq altında idi və buna yaxşı cavab verə biləcəyimizi bilirdik. Yaxşı oynadıq, möhtəşəm nəticə qazandıq. Əlbəttə, mən də öz təcrübəm və gücümlə komandama kömək etdim. Nəticədən və oyundan çox məmnunam. İnanılmaz oyun oldu.
 
Tənqidlər hər zaman var. Bu, mənə təsir etmir. 18 yaşımdan futbol oynayıram. Bilirəm ki, insanlar bir gün möhtəşəm olduğunu, başqa bir gün isə bərbad olduğunu söyləyəcək. Belə şeylərin öhdəsindən gəlməyi bacarmaq lazımdır. Bəzən həyat belədir, pis insanlara dözmək məcburiyyətində qalırsız".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest