Futbol üzrə Moldova çempionatında 16-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Sfintul George" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Orxan da bu görüşün iştirakçısı olub. O, 89-cu dəqiqədə meydana buraxılıb.
 
Keçirdiyi 16 oyunda 17 xal toplayan "Dinamo-Avto" 8 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest