Futbol üzrə Fransa çempionatında 12-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.
 
Dörd qolun qeydə alındığı "Trua" – "Renn" matçında qalib müəyyənləşməyib.
 
"Bordo" "Reyms"i, "Monpelye" "Nant"ı, "Strasburq" "Loryan", "Brest" isə "Monako"nu məğlub yola salıb.
 
"Anje" doğma meydanda "Nitsa"ya məğlub olub. Səfərdə "Klermon"la qarşılaşan Marsel "Olimpik"i də turu qələbə ilə başa vurub.
 
Fransa Liqa 1
12-ci tur
29 oktyabr
 
PSJ – Lill 2:1
Qol: Markinyos, 74. Di Mariya, 88 – David, 31.
 
30 oktyabr
 
Mets – Sent-Etyen 1:1
Qol: Bulaya, 9 – Xazri, 16.
 
Olimpik (Lion) – Lans 2:1
Qol: Ekambi, 25-pen. Auar, 41 – Kalimuendo, 61.
 
31 oktyabr
 
Anje – Nitsa 1:2
Qol: Bufal, 29 – Delor, 57; 90+1.
 
Bordo – Reyms 3:2
Qol: Adli, 73. Briand, 78; 90+4 – Ekitike, 37. Loko, 63.
 
Monpelye – Nant 2:0
Qol: Molle, 64. Vahi, 71.
 
Strasburq – Loryan 4:0
Qol: Ayorke, 28. Diallo, 39; 45+1. Tomasson, 64.
 
Trua – Renn 2:2
Qol: Rami, 38. Dinqome, 40 – Aquer, 9. Terrye, 81.
 
Brest – Monako 2:0
Qol: Munye, 18. Honorat, 79.
 
Klermon – Olimpik (Marsel) 0:1
Qol: C.ündər, 25.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest