Avropa çempionatının elit-raunduna hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib. Matç.az xəbər verir ki, yığmamız Türkiyədəki təlim-məşq toplanışında 2-ci sınağına çıxıb.

Vüqar Məmmədin yetirmələri Küveytdən olan həmyaşıdları ilə görüşüb. Əlverişsiz hava şəraiti səbəbindən 30 dəqiqə gec start götürən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, yığmamız ilk hazırlıq oyununda Rusiyanın "Krasnodar-3" komandası ilə də heç-heçə (1:1) etmişdi.

Yoxlama oyunu

24 yanvar

Azərbaycan U-19 – Küveyt U-19 - 1:1

Qol: Sərhat Taşdemir, 52

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest