Bu gün çempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupunun qarşılaşmaları keçirilib.

"Barselona" Ukraynada Kiyev "Dinamo"sunun qonağı olub və minimal hesabla qalib gəlib. "Bayern" isə doğma meydanda "Benfika"nı böyük hesabla məğlub edib.

"Mançester Yunayted" İtaliyada "Atalanta" ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib. "çelsi" "Malmö" ilə oyundan qalib ayrılıbsa, "Yuventus" da "Zenit"i məğlub yola salıb.

Qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.

UEFA çempionlar Liqası
Qrup mərhələsi, IV tur
2 noyabr

E qrupu

Dinamo (Kiyev, Ukrayna) – Barselona (İspaniya) 0:1
Qol: Fati, 70.

Bayern (Almaniya) – Benfika (Portuqaliya) 5:2
Qol: Levandovski, 26; 61; 84. Qnabri, 32. Sane, 49 – Morato, 38. Nunez, 74.

Xal durumu: Bayern – 12, Barselona – 6, Benfika – 4, Dinamo – 1.

F qrupu

Atalanta (İtaliya) – Mançester Yunayted (İngiltərə) 2:2
Qol: İliçiç, 12. Sapata, 56 – Ronaldo, 45+1; 90+2.

Vilyarreal (İspaniya) – Yanq Boyz (İsveçrə) 2:0
Qol: Kapue, 36. Danjuma, 89.

Xal durumu: Mançester Yunayted – 7, Vilyarreal – 7, Atalanta – 5, Yanq Boyz – 3.

G qrupu

Volfsburq (Almaniya) – Zalsburq (Avstriya) 2:1
Qol: Baku, 3. Nmeça, 60 – Vober, 30.

Sevilya (İspaniya) – Lill (Fransa) 1:2
Qol: Okampos, 15 – David, 43. İkone, 51.

Xal durumu: Zalsburq – 7, Lill – 5, Volfsburq – 5, Sevilya – 3.

H qrupu

Malmö (İsveç) – çelsi (İngiltərə) 0:1
Qol: Ziyeş, 56.

Yuventus (İtaliya) – Zenit (Rusiya) 4:2
Qol: Dibala, 11; 58-pen. Kyeza, 74. Morata, 82 – Bonuççi, 26-öz qapısına. Azmun, 90+2.

Xal durumu: Yuventus – 12, çelsi – 9, Zenit – 3, Malmö – 0.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest