"Liverpul"un zədəli futbolçusu Fabinyo sağalıb. Matc.az xəbər verir ki, braziliyalı müdafiəçi artıq komandayla məşqlərə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Fabinyo çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Atletiko"ya qarşı keçiriləcək oyunda iştirak edə bilər.
 
Sabah keçiriləcək "Liverpul" – "Atletiko" matçı saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest