Avropa Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"ı qəbul edəcək "Kayrat" bu oyuna itki ilə çıxacaq. Matc.az xəbər verir ki, Almatı təmsilçisinin müdafiəçisi Qafurjan Suyumbayev Ağdam klubu ilə matçı buraxacaq.
 
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Bu ölkənin milli komandasının da üzvü olan 31 yaşlı futbolçu zədə səbəbindən "Qarabağ"la görüşdə iştirak edə bilməyəcək.
 
Noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest