Antalya toplanışı çərçivəsində dünən keçirilən "Qarabağ" - "Pyast" oyunu qollu bərabərliklə (1:1) nəticələnib. Matç.az xəbər verir ki, Polşa təmsilçisinin müdafiəçisi Damian Birtek qarşılaşmadan sonra klubun rəsmi saytına müsahibəsində komandasının çıxışını dəyərləndirib.

- Azərbaycanın ən güclü komandası ilə bərabərlikdən məmnun qalmaq olarmı?

- Əlbəttə, bu fikrə qatılıram. Dəyərli rəqiblə qarşılaşırdıq. "Qarabağ" çox güclü komandadı. Belə şərtlərdə oynamaq asan deyil. Ancaq yenə də özümüzü yaxşı tərəfdən göstərdiyimizi düşünürəm. Bir neçə qol imkanı yaratdıq. Bundan əlavə, rəqibin tez-tez üzərimizdə qurduğu yüksək təzyiqdən çıxmağı bacardıq. Oyundan razı qalmaq olar. Əgər normal şərtlər altında çıxış etsəydik, meydanda daha keyfiyyətli futbol izləmək mümkün olardı.

- Oyununuzda nə alındı, nə alınmadı?

- Birmənalı nəsə demək çətindi. çünki bu cür şəraitdə çoxlu təsadüflər olur. Onu da unutmayaq ki, bu, 2019-cu ildə təbii ot örtüyündə keçirdiyimiz ilk görüş idi. Fiziki cəhətdən hazırlıqlı görünürdük və meydanda yaxşı işlər gördük. Buna görə də, rəqibi yüksək dəyərləndirə bilərik.

- Güclü yağış altında və iki fərqli meydanda oyun oldu...

- İlk dəfədi belə halla üzləşirəm. Ancaq şikayət edə bilmərəm. Güclü leysana baxmayaraq, ot örtüyü yüksək səviyyədə hazırlanmışdı. Əsas odu ki, qarşılaşmanı zədəsiz başa vurduq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest