İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kristiano Ronaldo yeni nailiyyətə imza atıb. Matc.az xəbər verir ki, 36 yaşlı futbolçu İtaliyada "Atalanta" ilə 2:2 hesablı heç-heçə etdikləri çempionlar Liqasının qrup mərhələsinin 4-cü tur oyununda dubl edib.
 
Portuqaliyalı forvard bu dul sayəsində "qırmızı şeytanlar"ın heyətindəki qollarını sayını 127-yə çatdırıb. O, 126 qol vuran hazırkı baş məşqçi Ule Qunnar Sulşeri geridə qoyub və 7-ci pilləyə yüksəlib.
 
"Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi 253 qolla klub tarixinin bombardiridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest