Kiprin "Omoniya" klubunun futbolçusu Yannis Kusulos "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin 5-ci tur matçında iştirak edə bilməyəcək. Matc.az xəbər verir ki, zədədən əziyyət çəkən 25 yaşlı müdafiəçi bu gün Qətərdə əməliyyat olunacaq. Bu barədə məlumatı "Omoniya"nın rəsmi "tvitter" hesabı yayıb. Yannisin gələn ay yaşıl meydanlara qayıdacağı gözlənilir.
 
Kusulos Bakıda "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları oyunda da zədə səbəbdən iştirak etməmişdi.
 
Noyabrın 25-də keçiriləcək "Qarabağ" – "Omoniya" matçı saat 21:45-də başlayacaq.
 
Konfrans Liqasının 4-cü turunda "Qarabağ" Qazaxıstanda "Kayrat"ın qonağı olacaq, "Omoniya" İsveçrə "Bazel"ini qəbul edəcək. Hər iki oyun noyabrın 4-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest