Tədbirdə şəhid ailələri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin əməkdaşları, AFFA-nın, "Forza Neftçi", "Keşlə" və "Zirə" klublarının əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Bu gün Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə "Qəhrəmanlar Can Verir, Yurdu Yaşatmaq üçün" adlı layihə çərçivəsində növbəti tədbir – sərgi keçirilib.
 
Matc.az xəbər verir ki, budəfəki sərgi futbol camiəyinə həsr olunub. Əvvəlcə Müzəffər Azərbaycan ordusunun Ali baş komandanın rəhbərliyi altında qazandığı tarixi qələbədən danışılıb. Daha sonra qonaqlar Vətən müharibəsində iştirak etmiş və şəhidlik zirvəsinə yüksəlmiş "Forza Neftçi" fan-klubunun üzvlərindən olan şəhid mayor Rüfət Əsgərov, baş leytenant Teymur Məcidzadə, əsgər Afiq Qulamlı, "Keşlə"nin azarkeşi olmuş XTQ baş kəşfiyyatçısı İsrayıl Cəfərzadə və "Zirə"nin futbolçusu olmuş şəhid 19 yaşlı İlqar Bürcəliyəvə həsr olunan sərgi ilə tanış olublar. Sərgidə şəhidlərimizin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə həsr olunan fotoşəkillər və şəxsi əşyaları nümayiş olunub. 
 
Tədbirdə şəhid ailələri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin əməkdaşları, AFFA-nın, "Forza Neftçi", "Keşlə" və "Zirə" klublarının əməkdaşları və digər qonaqlar iştirak ediblər.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest