"Hava şəraiti oyuna mane olmamalıdır. Bu, futbol üçün normal haldır. Fikrimcə, qorxulu heç nə yoxdur. Hamı bizə azarkeşlik etməyə gəlsə, tribunlar və meydan isti olacaq".

Qazaxıstanın "Kayrat" komandasının müdafiəçisi Rade Duqaliç Avropa Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Serbiyadan olan 28 yaşlı futbolçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Hava şəraiti oyuna mane olmamalıdır. Bu, futbol üçün normal haldır. Fikrimcə, qorxulu heç nə yoxdur. Hamı bizə azarkeşlik etməyə gəlsə, tribunlar və meydan isti olacaq".
 
Noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest