Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandesin İspaniya "Barselona"sının sükanı arxasına keçəcəyi vaxt müəyyənləşib. Matc.az "Sky Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 41 yaşlı mütəxəssisin təyinatını noyabrın 8-də açıqlayacaq.
 
İddiaya görə, onunla 2024-cü ilin yayınadək müqavilə imzalanacaq.
 
Daha öncə İspaniya mətbuatı "Barselona" rəhbərliyinin Xavi və "Əl Sədd" rəhbərliyi ilə danışıqlar aparmaq üçün Qətərə yola düşdüyünü yazıb. "Əl Sədd" rəhbərliyinin Xavini buraxmaq üçün "Barselona"dan 1 milyon avro təzminat tələb etdiyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest