Qazaxıstanın "Kayrat" klubunun sabiq futbolçusu Sergey Politeviç Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"la matçdan öncə fikirlərini bölüşüb.

Qazaxıstanın "Kayrat" klubunun sabiq futbolçusu Sergey Politeviç Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"la matçdan öncə fikirlərini bölüşüb. Matc.az "prosports.kz" saytına istinadən xəbər verir ki, belaruslu oyunçu, "Kayrat"ın "Qarabağ"a uduzmayacağına inandığını söyləyib:
 
"Kayrat" üçün son şansdır. Onların motivasiyası möhtəşəm olacaq. Oyunun az qollu olacağını düşünürəm. çünki "Qarabağ"a bərabərlik də sərf edir.
 
"Kayrat" risk etməli, bütün gücünü meydanda qoymalıdır. Futbolçular yeni mövsümdə də komandada qalmaq istəyirlərsə, özlərini sübut etməlidirlər. "Qarabağ" risk etməyəcək. Nəticə üçün oynayacaqlar. Onlara heç-heçə də sərf edir.
 
"Kayrat" qisasını almalıdır. İlk oyuna baxmışam. "Qarabağ" üstün oynasa da, "Kayrat" uduzmağa layiq deyildi. İndi düşünürəm ki, "Kayrat" ya qələbə qazanacaq, ya da heç-heçə edəcək".
 
Bu gün Almatıdakı "Ortalık" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
 
Politeviç 2018-2020-ci illərdə "Kayrat"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest