Fransa Kubokunun 1/16 final mərhələsində "Strasburq"u 2:0 hesabı ilə məğlub edən PSJ ciddi itki ilə üzləşib. Matç.az saytı "L'Equipe"yə istinadən xəbər verir ki, hücumçu Neymar sıradan çıxıb.

Qarşılaşmanın 62-ci dəqiqəsində zədələnən braziliyalı superulduz mübarizəni davam etdirə bilməyib. Sağ ayağından xəsarət alan Neymarın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Lakin ilkin ehtimala görə, o, çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"lə birinci oyunu buraxa bilər.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş fevralın 12-də Mançesterdə, cavab qarşılaşması isə martın 6-da Parisdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest