"Müsbət məqamları təkcə qol vurmağımızda deyil, həm də effektiv hücumlar qurmağa çalışmağımızda, birlikdə oynamağımızda və məşqdə etdiklərimizdə axtarırıq. Gələcəyə nikbin baxırıq. İnanıram ki, hər şey yaxşı olacaq".

Polşanın "Legiya" komandasının azərbaycanlı hücumçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Napoli"ə (İtaliya) qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, doğma meydanda 1:4 hesabı ilə uduzduqları matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
"Matçdan öncə uğurlu nəticəyə ümid edirdim. çünki qrup mərhələsinə yaxşı başlamışdıq. Qrupa başçılıq edirdik. "Napoli"nin gücü hamıya bəllidir. İtaliyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Hər şeyə hazır idik. Oyunun ağır keçməsi normaldır. Penalti, hansısa səhvlər sonda uduzmağımıza gətirib çıxardı. Bu oyunda tez yorulduq. Bəlkə də gücümüz bitib. Topsuz çox qaçanda rəqibə boş sahə verməyiniz normaldır. Əslində onların futbolu bizimkindən qat-qat keyfiyyətlidir. Bu gün bir daha bunun şahidi olduq. Vurduqları hər qol onların səviyyəsini göstərir. Bütün bunların fərdi səhvlərdən olduğunu deməzdim. Biz komanda olaraq qalib gəlir və uduzuruq. Amma "Napoli" bizdən daha keyfiyyətli komandadır".
 
Vurduğum qola görə sevincliyəm. Amma fərqləndiyim oyunda uduzuruqsa, bu, mənim üçün heç bir məna kəsb etmir. Vəziyyəti analiz etməli, səhvlərimiz üzərində işləməli və irəliyə baxmalıyıq. Müsbət məqamları təkcə qol vurmağımızda deyil, həm də effektiv hücumlar qurmağa çalışmağımızda, birlikdə oynamağımızda və məşqdə etdiklərimizdə axtarırıq. Gələcəyə nikbin baxırıq. İnanıram ki, hər şey yaxşı olacaq".
 
10-cu dəqiqədə hesabı açdıqdan sonra baş məşqçisi Marek Qolembevskini qucaqlayan 24 yaşlı hücumçu bunu çoxdandır qol vurmaması ilə əlaqələndirib: "6 oyundur fərqlənə bilmirdim. Mənə güvəndiyini hiss etdim. Məhz onun sözləri məni mübarizə aparmağa və yaxşı oynamağa sövq edir. Bu, ona minnətdarlığım idi".
 
Emreli növbəti qarşılaşmalarda daha yaxşı oynayacaqlarını vurğulayıb: "Oyunumuzda müsbət məqamlar var. Məsələn, məşqlərdə etdiklərimizi meydanda həyata keçirməyə çalışdıq. özümüzü sübut etməliyik. Günü-gündən daha yaxşı olacağıq. Buna inamımız var. Avrokuboklarla yanaşı, ölkə çempinoatına da diqqət yetirməliyik. çünki biz "Legiya" komandasıyıq. Hər şey uğrunda mübarizə aparmaq lazımdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest