Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub.
 
Region Liqasının "İsmayıllı" – "Füzuli" oyununda "Füzuli"nin futbolçusu Razi Zeynalov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
"Şahdağ" (Quba) – "İrəvan" FK matçının 60-cı dəqiqəsində "İrəvan" komandası meydanı özbaşına tərk etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla komandaya texniki məğlubiyyət verilib.
 
U-17 Liqasının "Neftçi" İK İB - "Kəpəz" oyununda "Kəpəz"in futbolçusu Sənan Kərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Neftçi"nin futbolçusu Cəmil Əliyev də qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Zirə" – "Turan Tovuz" oyununda "Turan Tovuz"un futbolçusu İzzət Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Turan Tovuz"un digər futbolçusu Əli Quliyev "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-15 Liqasının "Neftçi" İK İB – "Qarabağ"  oyunu bitdikdən sonra "Neftçi"nin futbolçusu Nəsir Nəsirli hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-14 Liqasının "Səbail" – "Vətən" RİOEUGFM oyununda "Səbail"in futbolçusu Səccad Vəlizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "Neftçi" İK İB – "White City" CF oyununda "White City"nin  futbolçusu Elçin Yusibov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-10 Liqasının UGİM "Tovuz" – "Ağstafa Gəncləri" oyununda UGİM "Tovuz" adı protokolda qeyd olunmayan oyunçunu meydana daxil etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-10 Liqasının "Gəncə" TİM – "çinar" UGHFK oyununda "çinar"ın baş məşqçisi Teymur Nəbiyev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Neftçi" İK – "Baku Fire" oyununda  "Neftçi"nin futzalçısı Elçin Zeynalov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "U-19" – "Record" oyununda "Record"un futzalçısı Azər Nəsirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Xilə" FK – "Alyans" FK oyununda "Alyans"ın futzalçısı Nurlan Fərəcli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Baku Fire-2" – "Standard" oyununda "Baku Fire"ın futzalçısı İmaməli Hüseynov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Bu komandanın digər futzalçısı Rəhim Rəhimov isə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest