Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu ada Avstriyanın LASK komandasının hücumameylli yarımmüdafiəçisi Keyto Nakamura layiq görülüb. 
 
Yaponiyalı vinger evdə Ermənistan "Alaşkert"inə 2:0 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.
 
21 yaşlı futbolçu səsvermədə "Qarabağ"dan Abdullah Zubiri, Slovakiyanın "Slovan" klubundan Andre Qrini və Norveçin "Bodo Qlimt" komandasından Ola Solbakkeni qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest