Bu gün futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun bütün oyunları Bakı İdman Sarayında baş tutub.

Bu gün futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun bütün oyunları Bakı İdman Sarayında baş tutub.
 
Turun açılış oyunu heç-heçə başa çatıb. ötən tur ilk qələbəsini qazanan U-19 bu dəfə "Neftçi"dən xal alıb.
 
Mərkəzi oyunda "Araz" "Baku Fire" ilə münasibətlərinə aydınlıq gətirib. Naxçıvan təmsilçisi rəqibini 8 cavabsız qolla məğlub edib.
 
EKOL-la Lənkəran "Alyans"ı arasında baş tutan oyunda isə lider fərqli qələbə qazanıb. Fasiləyə qədər 6 cavabsız top vuran "ağ-yaşıllar" ikinci hissədə fərqi daha da artırıb. Bombardirlik yarışını davam etdirən Namiq Məmmədkərimov aktivindəki topların sayını 11-ə çatdırıb.
 
Turun son oyunu "come-back"la yadda qalıb. "Xilə" ardıcıl iki qol vurmaqla hesabda öndə olsa da, tədricən toparlanan "Record" fasiləyə qədər artıqlaması ilə fərqlənib. İkinci hissədə də qolları sıralayan nominal meydan sahibləri xal ehtiyatını zənginləşdirib.
 
Yüksək Liqa
VI tur
5 noyabr
 
Neftçi İK - U-19 2:2
Qollar: Kənan Manafov, 21:31. İlkin Hacıyev, 25:24 - Şaiq Vəlizadə, 24:54. Xəzər Ağalızadə, 39:30.
Hakimlər: Xəlil Xəlilov, Hikmət Qafarlı, Əli Cəbrayılov.
Bakı İdman Sarayı. Saat 12:00.
 
Baku Fire – Araz (Naxçıvan) 0:8
Qollar: David Qustavo, 10:08; 18:24; 30:39. Maneka, 18:43. Hadi Ahmadi, 23:08. Ramiz çovdarov, 23:51; 38:38. Nurlan Mehdizadə, 32:12.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hüseyn Əsgərov.
Bakı İdman Sarayı. Saat 14:15
 
Alyans (Lənkəran) – EKOL 2:14
Qollar: Oktay Rüstəmli, 23:31; 25:03 - Namiq Məmmədkərimov, 1:26; 1:44; 25:15. Fərid Atakişiyev, 3:16. Əsgər Abasov, 4:57; 39:19. Tofiq Mikayılov, 10:00. Fərid Ələkbərov, 17:34. Ələsgər Ələsgərli, 23:09; 38:20. Namaz İsmayılov, 30:21-öz qapısına. Mehdi Rəsulov, 35:27. Samir Həmzəyev, 35:55. Əsgər Abasov, 36:08.
Hakimlər: Etibar Həsənov, Əli Cəbrayılov, Hikmət Qafarlı.
Bakı İdman Sarayı. Saat 16:15.
 
Record - Xilə 8:7
Qollar: Hasan Ali Jafari, 5:42; 28:15; 30:33. Matin Qahremani, 14:36; 24:35; 38:09. Xəyal Xələfli, 19:13; 25:01 - Tofiq Əliyev, 1:26; 23:28; 29:21; 38:48. Tural Lətifov, 3:17. Aqşin Muxtaroğlu Paşayev, 39:15. İmran Məhərrəmov 39:50.
Hakimlər: Ziya Nəsirov, Mahir Məmmədov, Knyaz Əmiraslanov.
Bakı İdman Sarayı. Saat 18:15.
 
Xal durumu: EKOL – 15, Araz – 15, Baku Fire – 9, Record – 9, Neftçi – 7, Xilə – 6, U-19 – 4, Alyans – 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest