Futbol üzrə İtaliya A Seriyasında 12-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
 
Turnir cədvəlinin 17-ci sırasında qərarlaşan "Cenoa" səfərdə "Empoli"nin qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
 
İtaliya A Seriyası
12-ci tur
5 noyabr
 
Empoli – Cenoa 2:2
Qol: Di Françesko, 62. Jurkovski, 72 – Krişito, 13-pen. Byanki, 89.
 
6 noyabr
 
18:00 Spetsiya – Torino
21:00 Yuventus – Fiorentina
23:45 Kalyari – Atalanta
 
7 noyabr
 
15:30 Venetsiya – Roma
18:00 Sampdoriya – Bolonya
18:00 Udineze – Sassuolo
21:00 Latsio – Salernitana
21:00 Napoli – Verona
23:45 Milan – İnter

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest