"Legiya"nın futbolçusu Mahir Emreli Avropa Liqasında "Napoli"yə uduzduqları matçla bağlı fikirlərini bildirib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu, "instaqram" hesabında etdiyi paylaşımda bunları qeyd edib:
 
"Düzünü desəm, dünənki nəticə sərgilədiyimiz oyuna görə olmadı. çox çalışdıq və xarakter göstərdik. Bəzən çox çalışmaq kifayət etmir. Bu zaman da şansa ehtiyac yaranır. Düşünürəm ki, komanda ruhumuz bizimlə qalacaq və bu, növbəti matçların nəticələrinə təsir edəcək.
 
Bu çətin dövrlərdə bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. çox xoşbəxtəm və bu klubun bir parçası olmaqdan qürur duyuram".
 
"Legiya" "Napoli"yə 1:4 hesabıyla məğlub olub. Varşava təmsilçisinin matçdakı yeganə qolunu Emreli vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest