"Neftçi" klubunun futbolçusu Mamadu Kane Qvineya milli komandasına dəvət alıb. Matc.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi noyabrın 12-də Qvineya Bissau, noyabrın 16-da isə Mərakeş yığmaları ilə keçiriləcək Dç-2022-nin seçmə oyunlarına çağırılıb.
 
Müqavilə ilə Yunanıstanın "Olimpiakos" klubuna məxsus olan Kane "Neftçi"də icarə əsasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest