Almaniyanın "Ersgebirge" komandasının futbolçusu Klemens Fandrix ağır cəza alıb. Matc.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 2-ci Bundesliqanın 12-ci turunda "İnqolştadt"la matçda (1:0) yan xətt hakiminin gözünə tüpürdüyü üçün 2022-ci ilin mayına qədər cəzalandırılıb.
 
Bu barədə Almaniya Futbol Birliyinin mətbuat xidməti məlumat yayıb. Fandrixin cəzası bütün turnirlərə şamil edilib.
 
"Ersgebirge"də Azərbaycan millisinin sabiq üzvü Dmitri Nazarov çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest