Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç 24 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, yığmamız noyabrın 12-də "Bakcell Arena"da Avstriyanı, 4 gün sonra isə Norveçi qəbul edəcək.
 
Qapıçılar: Nicat Mehbalıyev (Qəbələ), Rüstəm Samiqullin (Sabah), Əkpər Vəliyev (Keşlə);
 
Müdafiəçilər: Arsen Ağcabəyov, Təbriz İsazadə, Abdulla Rzayev (hamısı "Sabah"), Zamiq Əliyev, Nihad Quliyev (hər ikisi "Qarabağ"), Hüseyn Mürsəlov ("Qəbələ"), Rauf Hüseynli ("Zirə"), Samet Karakoç ("Bayrampaşaspor", Türkiyə);
 
Yarımmüdafiəçilər: Asim Əlizadə, Fərid Yusifli, İsmayıl Zülfüqarlı (hamısı "Neftçi"), Şakir Seyidov, Camal Cəfərov, İldar Ələkbərov (hamısı "Sabah"), Rüfət Abdullazadə, Səbuhi Abdullazadə (hər ikisi "Sumqayıt"), Turan Vəlizadə ("Keşlə"), Ramin Əhmədov ("Zirə"), Emil Mustafayev ("Aleksandriya", Ukrayna);
 
Hücumçular: Mustafa Yıldırım ("Pazarspor", Türkiyə), Musa Qurbanlı ("Qarabağ").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest