"Neftçi" buna qədər qapıçı Aqil Məmmədovun da xidmətindən məhrum olmuşdu. Belə ki, 32 yaşlı qolkiper "Keşlə" ilə oyundan öncə məşqdə xəsarət almışdı. Bu üzdən də sözügedən matçda "Neftçi"nin qapısını Kamran İbrahimov qoruyur.

"Neftçi" ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, paytaxt klubunun hücumçusu Tyaqo Bezerra zədələnib.
 
Braziliyalı futbolçu Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilən "Keşlə" ilə matçda sıradan çıxıb. Oyunu davam etdirə bilməyən hücumçunu 60-cı dəqiqədə Ramon Maçado ilə əvəz edib.
 
"Neftçi" buna qədər qapıçı Aqil Məmmədovun da xidmətindən məhrum olmuşdu. Belə ki, 32 yaşlı qolkiper "Keşlə" ilə oyundan öncə məşqdə xəsarət almışdı. Bu üzdən də sözügedən matçda "Neftçi"nin qapısını Kamran İbrahimov qoruyur.
 
Həm Aqil Məmmədovun, həm də Tyaqo Bezerranın sıraya nə vaxt qayıdacağı bəlli deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest