İspaniyanın "Barselona" klubu ciddi itkiylə üzləşib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Ansu Fati sıradan çıxıb. Bu barədə AS nəşri məlumat yayıb.
 
Fati La Liqanın 12-ci turunun "Selta" ilə səfər matçında zədələnib. 18 yaşlı hücumçu azı bir ay yaşıl meydanlardan uzaq qala bilər.
 
"Selta" – "Barselona" matçı 3:3 hesabıyla bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest