"Real"ın yarımmüdafiəçisi İsko klubunu dəyişmək fikrindədi. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 26 yaşlı futbolçu yayda ayrılmaq qərarına gəlib.

Hazırda onunla "Mançester Siti", "Yuventus" və PSJ kimi nəhəng klublar maraqlanır. Baş məşqçi Santyaqo Solari ilə yola getməyən İspaniya millisinin üzvü rəhbərliklə görüşüb. O, Solari qalacağı təqdirdə, mövsümün sonunda satılmasını tələb edib. Futbolçu "Real"da qalmaq istəsə də, argentinalı mütəxəssisin postunda qalacağı halda getməkdə israrlı olacaq.

Qeyd edək ki, Solarinin rəhbərliyi altında keçirilən 19 matçın cəmi 3-də İsko start heyətində yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest