Vüsal da bu görüşün iştirakçısı olub. O, 39-cu dəqiqədə meydana buraxılıb. Komandasının ilk qolunu da İsgəndərli vurub. Azərbaycanlı futbolçu 51-ci dəqiqədə fərqlənib. Bu, onun Türkiyə klubunda vurduğu 3-cü qoldur.

Futbol üzrə Türkiyə 1-ci liqasında 12-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Gənclərbirliyi" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, 39-cu dəqiqədə meydana buraxılıb. Komandasının ilk qolunu da İsgəndərli vurub. Azərbaycanlı futbolçu 51-ci dəqiqədə fərqlənib. Bu, onun Türkiyə klubunda vurduğu 3-cü qoldur.
 
"Keçiörengücü" 12 turdan sonra 10 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest