Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də növbəti matçına çıxıb.
 
Aue təmsilçisi doğma meydanda "Hahdenhaym"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. Aue təmsilçisinin 45-ci dəqiqədə vurduğu ikinci qol zamanı Nazarov məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
 
13 oyuna cəmi 11 xal toplamış "Ersgebirge" 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest