Futbol üzrə Polşa çempionatında 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Stal"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl altıncı məğlubiyyətidir.
 
Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu 75-ci dəqiqədə əvəzlənib. O, 39-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
14 turdan sonra 9 xalı olan "Legiya" 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest