Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Şalke"nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Bonner"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 3:4.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. "Şalke"nin sonuncu qolunu da Rüfət vurub. Dadaşov 66-cı dəqiqədə penaltidən dəqiq yararlanıb.
 
"Şalke II" bu nəticədən sonra 13 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest