"Bu, meydanda öz təsirini göstərir. Amma məşqçilərimiz, komanda yoldaşlarım, həkimlərimiz sağ olsunlar. Hər biri mənə böyük dəstək göstərir ki, tez bir zamanda formamı bərpa edib, var gücümlə komandamıza kömək eləyim"

"Zədəm çox ciddi idi. Açığı, heç vaxt gözləməzdim ki, karyeramda belə bir zədə alacam. Amma bu futboldur, başıma gəldi". Matç.az məlumat verir ki, bu sözləri "Neftçi"nin müdafiəçisi Ruslan Abışov deyib.

Klub saytına danışan kapitan zədəsindən danışıb: "Artıq hər şey qaydasındadır, pis günlər geridə qalıb. Demək olar, bacardığım qədər var gücümlə məşq edirəm. çalışıram məşqlərdə tam gücümü ortaya qoyum. Düzdür, çətinliklər var. O da normaldır. çünki haradasa, 5 aya yaxın komanda ilə məşq etməmişdim. Bu, meydanda öz təsirini göstərir. Amma məşqçilərimiz, komanda yoldaşlarım, həkimlərimiz sağ olsunlar. Hər biri mənə böyük dəstək göstərir ki, tez bir zamanda formamı bərpa edib, var gücümlə komandamıza kömək eləyim. çox təəssüflənirdim. İlk oyunlara çəliklə gəlirdim. Kənardan baxıb, çox pis hisslər keçirirdim. Amma sağ olsun ailəm. Ən böyük dəstəyi mənə onlar verdilər. Komanda yoldaşlarım, dostlarım da mənə çox böyük dəstək verdilər ki, səbrli ol, zamanla hər şey qaydasına düşəcək. Futbolçu hər tərəfdən özünə dəstək gözləyir. Bu cəhətdən məndə heç bir problem olmadı. Əksinə, artıqlaması ilə dəstək gördüm. Bir çox azarkeşlərimiz zəng vururdular, öz dəstəklərini göstərirdilər. ümumiyyətlə, hər kəsə öz dərin təşəkkürümü bildirirəm".

Təcrübəli futbolçu komandamızın Antalya toplanışını da dəyərləndirib: ""İndi artıq hər şey qaydasındadır. çətin məşqlər geridə qalıb, daha çox toplu məşqlər olur. Oyunlar da keçirmişik. Vaxtımız azdır. Bu qısa müddət ərzində hər şeydən maksimum yaxşı istifadə etməliyik ki, gələn ayın 3-də və sonrakı oyunlarda çəkdiyimiz əziyyətin bəhrəsini görə bilək".

Qeyd edək ki, Avroliqanın təsnifat mərhələsində "Uypeşt"lə oyunda zədələnən müdafiəçi o vaxtdan yaşıl meydanlara həsrət qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest