Futbol üzrə İsveçrə çempionatında 13-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Bazel" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Sankt Qallen"lə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Bu, "Bazel"in cari mövsümdəki ilk məğlubiyyətidir.
 
"Bazel" 13 turdan sonra 26 xalla 10 kollektiv arasında zirvədə qərarlaşıb.
 
"Qarabağ" "Bazel"lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest