Futbol üzrə Lüksemburq yığması Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl qapıçı problemi ilə üzləşib. Matc.az xəbər verir ki, yığmanın əsas qolkiperi Antoni Morisin koronavirusa yoluxduğu ehtimal edilir.
 
Onun Azərbaycan və İrlandiya ilə matçları buraxacağı gözlənilir. Belçikanın "Yunion" klubunda çıxış edən oyunçu "Şarlerua"nı 4:0 hesabı ilə yendikləri matçda iştirak etməyib. Moris hazırda koronavirus testinin cavabını gözləyir.
 
Daha əvvəl Norveçin "Brann" klubundan digər qapıçı Ralf Şonun ata olacağı üçün heyətə cəlb olunmadığı açıqlanıb.
 
Yığmaya dəvət alan digər qapıçılar Timoti Martin ("Ekselsior", Belçika) və Tim Kips ("Ertsgebirge", Almaniya) isə əsas komandada debüt etməyib.
 
Noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest